Ana Sayfa > Özəl > Ukraynada silahlı hücum: 5 hərbçi öldürüldü – Şübhəli şəxsin rus əsgəri olduğu ehtimal edilir

Ukraynada silahlı hücum: 5 hərbçi öldürüldü – Şübhəli şəxsin rus əsgəri olduğu ehtimal edilir


Bu gün, 19:43. Yazar: vasif
Ukraynada silahlı hücum: 5 hərbçi öldürüldü – Şübhəli şəxsin rus əsgəri olduğu ehtimal edilir



Ukraynanın Kutuzovka kəndində baş verən silahlı hücum nəticəsində beş hərbçinin həyatını itirdiyi bildirilir. Hadisəni törədən şəxsin Ukrayna əsirliyindən qaçmış Rusiya hərbçisi ola biləcəyi ehtimal olunur.

Ukraynanın “Suspilne” nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 13-də, yerli vaxtla saat 16:00 radələrində baş verib. Mülki geyimdə olan naməlum şəxs Ukrayna Silahlı Qüvvələrinin 72-ci əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçilərinə avtomat silahdan atəş açıb.

İlkin məlumatlara əsasən, hücum edən şəxs əvvəlcə hərbçilərin yerləşdiyi evin qarşısında bir əsgəri öldürüb. Daha sonra binaya daxil olaraq atəşi davam etdirib. Təxminən iki saat davam etdiyi bildirilən hadisə nəticəsində ümumilikdə beş ukraynalı hərbçi həlak olub.

Silahlı şəxs hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanları hücumun səbəblərini və şübhəlinin kimliyini müəyyənləşdirməyə çalışırlar.

İstintaqda nəzərdən keçirilən əsas ehtimallardan biri hücumçunun əsirlikdən qaçmış Rusiya hərbçisi olmasıdır. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb və şübhəli şəxsin kimliyi dəqiqləşdirilməyib.
Geri dön