Ana Sayfa > Siyasət > YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib

YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib


Bu gün, 12:28. Yazar: azer
YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib

13 oktyabr 2026-cı il tarixində YAP Nərimanov rayon təşkilatının “F.X.Xoyski 101” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına həsr olunmuş toplantı keçirilib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tədbirdə İnstitutun direktoru, professor Gülnaz Dadaşova, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, İnstitutun şöbə müdiri, YAP-ın İdarə heyətinin üzvü professorTofiq Cahangirov, təşkilatın əməkdaşları və partiya üzvləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.
YAP-ın VIII Qurultayının əhəmiyyəti, partiyanın fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun direktoru, professor Gülnaz Dadaşova qurultayın əhəmiyyətindən, ölkənin inkişafında dövlət siyasətinin rolundan və ictimai-siyasi proseslərdə iştirakın vacibliyindən bəhs edib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək partiyanın fəaliyyəti, həyata keçirilən təşəbbüslər və rayon təşkilatının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb. Təşkilat sədri söytləyib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. E. Quliyev Prezident İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr ətrafında geniş bəhs edib.
YAP-ın İdarə heyətinin üzvü, İnstitutun professoru, Hipertoniya şöbəsinin müdiri Tofiq Cahangirov çıxışında YAP-ın VIII Qurultayının əhəmiyyətindən və partiyanın fəaliyyətində iştirakın önəmindən danışıb.
Tədbirdə, həmçinin İnstitutun elmi işlər üzrə direktor müavini Rəfail Daşdəmirov və İnstitutun kardioloqu Sultan Şahhüseynov çıxış edərək toplantının əhəmiyyəti, partiyanın fəaliyyəti və kollektivin ictimai-siyasi həyatda iştirakı ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan ideoloji təhlükəsizlik məsələsinə də diqqət yetirilib. Bildirilib ki, müasir dövrdə informasiya təxribatlarına qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də cəmiyyətin düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə partiya fəallarının üzərinə mühüm məsuliyyət düşür.
Geri dön