Ana Sayfa > Dünya > Kiyev və Moskvanın qarşılıqlı hücumları - Ölənlər və yaralananlar var
Kiyev və Moskvanın qarşılıqlı hücumları - Ölənlər və yaralananlar varBu gün, 11:45. Yazar: vasif |
![]() Oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Moskva istiqamətində Ukraynanın buraxdığı 400-dən çox pilotsuz uçuş aparatı (PUA) uçub. aia.az xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri PUA-ların əksəriyyətini zərərsizləşdirib. Hücumu nəticəsində Moskvanın hava limanlarının fəaliyyəti iflic vəziyyətə düşüb. Nəticədə Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanları müxtəlif müddətlərə təyyarələrin qəbulu və havaya qalxmasını dayandırıb. Vnukovo hava limanı səkkiz saatdan çox fəaliyyətini dayandırmalı olub. Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, gecə saatlarında dron hücumu nəticəsində 1 nəfər ölüb və bir çox binaya ziyan dəyib. Saratovda hücuma məruz qalan rayonlarda məktəblər və bağçalar müvəqqəti bağlanıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə Ukraynanın paytaxtı Kiyev şəhərində və Xarkov vilayətində rabitə və enerji infrastrukturu obyektlərinə zərbələr endirilib. Ukraynanın rəsmi qurumları bildirib ki, Rusiya ordusunun Kiyevə və bir neçə başqa şəhərə kütləvi ballistik raket zərbəsi endirməsi nəticəsində ölən və yaralananlar var. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiyanın ballistik zərbələrinin əsas hədəfi Kiyevin mühüm enerji obyektlərindən biri olub. Geri dön |