Ana Sayfa > Təhsil / Manşet / Seçilənlər > AzMİU və yetirmələri düşmən tapdağından azad edilmiş və ediləcək torpaqlarımızda dinc quruculuq layihələrini həyata keçirməyə kökləniblər

AzMİU və yetirmələri düşmən tapdağından azad edilmiş və ediləcək torpaqlarımızda dinc quruculuq layihələrini həyata keçirməyə kökləniblər


18-04-2017, 16:34. Yazar: admin
AzMİU və yetirmələri düşmən tapdağından azad edilmiş və ediləcək torpaqlarımızda dinc quruculuq layihələrini həyata keçirməyə kökləniblər



Aprel ayı keçən ildən etibarən ölkəmizin tarixində düşmən üzərində böyük qələbəmizin müjdəçisi olan "2016-cı ilin şanlı aprel döyüşləri" səhifəsi ilə əlamətdar olmağa başlamışdır. Bu ay aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi üçün də qürurvericidir. Ayın 10-cu təqvim günü İnşaatçılar Günü kimi qeyd olunduğu üçün ictimaiyyət tərəfindən Universitetin rektoru Gülçöhrə Məmmədovaya çoxsaylı təbrik məktubları ünvanlanıb. Cəmiyyətimizin ayrı-ayrı zümrələrinin nümayəndələrinin, əmək kollektivləri rəhbərlərinin yazdıqları, səmimi, xoş arzuları ifadə edən həmin məktublarda bu ali təhsil ocağında təhsilin keyfiyyətinin yüksək olması, Universitetin məzunlarının peşəkarlığı vurğulanır, zəngin tarixə malik Azərbaycan memarlığının Şərqlə Qərbin gözəl və nadir nümunələrini özündə birləşdirməsi xatırlanır, respublikamızda həyata keçirilən nəhəng tikinti-quruculuq, abadlıq işlərinə, müasir inşaat layihələrində ttarixi ənənələrin uğurla davam etdirilməsinə AzMİU-nun yetirmələrinin verdiyi sanballı töhfələr qeyd olunur.

Müşahidə olunan olduqca müsbət tendensiyalardan biri də budur ki, AzMİU və yetirmələri artıq düşmən tapdağından azad edilmiş və ediləcək torpaqlarımızda dinc quruculuq işlərini həyata keçirməyə kökləniblər. AzMİU-nun əcnəbi tələbələri Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı ADA Universitetində keçirilən "Əcnəbi Tələbə Gənclərin Fikir Platforması" layihəsinə qatılmışlar. Azərbaycanda ilk dəfə TED formasında və tələbələrin hazırladıqları mövzu və ideyanının təqdimatını nəzərdə tutan bu layihənin bu günlərdə gerçəkləşən yarımfinal turunda AzMİU-nun III kurs tələbəsi Ziya Aslan (Türkiyə vətəndaşı) "Xoşbəxt və ümidsiz insanlar" və I kurs tələbəsi Tatyana Belorus (Ukrayna vətəndaşı) "Çocuq Mərcanlının bərpası"layıhələrini təqdim ediblər. Ukraynalı tələbənin layihəsi bəyənilib və o, layihənin 25 apreldə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Dünyanın müxtəlif ölkələrinin universitetlərindən çoxsaylı iştirakçının qatıldığı "Əcnəbi Tələbə Gənclərin Fikir Platforması" adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyəsi və ADA Universitetinin Magistr Tələbə Hökumətinin texniki dəstəyi ilə keçirilir. Xatırladaq ki, Tatyana Belorus və AzMİU-nun digər əcnəbi tələbəsi Abbas Kanu Bomboll (Syerra-Leone vətəndaşı) aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıda səfərdə də iştirak ediblər.



12-20 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oytunlarının təbliğatı da AzMİU-da yüksək səviyyədə aparılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin birgə həyata keçirdikləri silsilə təbliğat-təşviqat tədbirlərindən biri də aprlin 13-də AzMİU-da düzənlənib. İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında AzMİU-nun da tələbələrinin iştirak edəcəyi məmnunluq doğuran hal kimi qeyd olunub.

Ümuymiyyətlə, aprel ayı AzMİU-da bir sıra başqa əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə də yaddaqalan olacaqdır. Bu sırada 18 aprel - beynəlxalq abidələr gününə həsr olunmuş Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi" adlı Respublika elmi-praktiki konfransını xüssusi qeyd etməyə dəyər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti, Memarlar İttifaqı, AMEA-nın Memarlıq və incəsənət, Arxeologiya və etnologiya institutları, "Azərbərpa"ETL İnstitutu, İçərişəhər və Qala dövlət qoruqlarının nümayəndələrinin iştirak etdikləri bu konfrans ümumilikdə respublikanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilməkdədir.

Tərəqipərvər kütləvi informasiya vasitələri ilə əlaqələrə daim üstünlük verən, fəaliyyətində şəffaflığı, ictimai hesabatlılığı təmin edən AzMİU-nun özündə də nümunəvi, peşəkar jurnalistlərdən ibarət bir heyət çalışır. Sönbət 1983-cü ilin iyun ayından nəşr olunan "İnşaatçı kadrlar" qəzetinin kollektivindən gedir. Qəzet ötən bu illər ərzində universitetdə aparılan təlim-tərbiyə işində rektorluğa, ictimai təşkilatlara, professor-müəllim heyətinə və fakültə dekanlıqlarına həmişə yaxından köməklik göstərmişdir. "İnşaatçı kadrlar" qəzeti oxucuların ağıllı məsləhətlərinə, arzu və təkliflərinə əməl edərək daim özünün ideya səviyyəsini yüksəltmək, yazılarının məzmununu yaxşılaşdırmaq, günümüzün hadisələri ilə bağlı maraqlı, aktual, operativ yazılar vermək yolu ilə gedir. Qəzetin səhifələrində dərc olunan materialların əsas qayəsini universitetdə təhsil alan tələbə gənclərin təlim-tərbiyə məsələləri, milli təhsilimizin uğurları, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, milli həmrəylik və azərbaycançılıq duyğu və ideyaları təşkil edir. Əzəl gündən indiyədək dərgiyə redaktorluq edən Azərbaycan Jurnalistlər Birliyinin üzvü , fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Akif Nemət oğlu Hacıyevin jurnalistika təcrübəsi media işçiləri üçün də gözəl nümunədir. Bu nöqteyi-nəzərdən, hərdən AzMİU haqda tənqid yazan bəzi mətbu və elektron nəşrlər ilk növbədə bu faktı nəzərə almalı, tələsik qərar qəbul etməzdən əvvəl qocaman həmkarları Akif müəllimlə fikir mübadiləsi aparmalıdırlar.



Çox hörmətli rektor, professor, memarlıq doktoru, əməkdar memar, iki çağırış Milli Məclisin deputatı Gülçöhrə xanım Məmmədovanın rəhbərlik etdiyi AzMİU-nun uğurlarının davamını gələcəyinə inanırıq. Qələmə aldığımız bu yazı Universitetin fəaliyyəti haqda ilk təqdiredici material olmadığı kimi, sonuncu da deyil. Ümid edirik ki, bu qabaqcıl ali təhsil ocağının kollektivi - professor-müəllim heyəti və tələbə kontingenti yeni-yeni nailiyyətlərə imza atmaqla, biz qələm adamlarına bundan sonra da maraqlı mövzular verəcəkdir.

Elman Hüseynov

AİA.az
Geri dön