Ana Sayfa > Dünya > Kiyev qaranlığa qərq oldu

Kiyev qaranlığa qərq oldu


Bu gün, 09:57. Yazar: vasif
Kiyev qaranlığa qərq oldu


Rusiya ordusunun Kiyevin enerji infrastrukturuna zərbələri şəhərdə elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olub.

“aia.az” xəbər verir ki, “Insıder UA” “Telegram” kanalı Ukrayna paytaxtının qaranlığa qərq olma anını əks etdirən görüntülər paylaşıb.

“Hücumdan sonra Kiyevdə işığın kəsilmə anı. Həmçinin su ilə bağlı problemlər barədə məlumat var”, - paylaşımda deyilir.

Ümumilikdə şəhərin Darnitski, Dneprovski, Peçerski, Solomenski və Qoloseyevski rayonlarında elektrik enerjisinin verilməsinin dayandırıldığı bildirilir.


Geri dön