Ana Sayfa > İdman > Bu gün Çempionlar Liqasında iki yarımfinalçı bəlli olacaq
Bu gün Çempionlar Liqasında iki yarımfinalçı bəlli olacaq18-04-2017, 14:21. Yazar: admin |
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək. AİA.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. “Real” öz meydanında “Bavariya” ilə qarşılaşacaq. İlk matçda səfərdə qələbə qazanan “Kral klubu” yarımfinala yaxındır. Hətta 0:1 hesablı məğlubiyyət belə, “Real”ı növbəti mərhələyə daşıyacaq. Madridin digər təmsilçisi isə “Atletiko” isə səfərdə “Lester”lə üz-üzə gələcək. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Çempionlar Liqası 1/4 final, cavab oyunları 18 aprel 22:45. “Real” (İspaniya) - “Bavariya” (Almaniya) İlk oyun - 2:1 22:45. “Lester” (İngiltərə) - “Atletiko” (İspaniya) İlk oyun - 0:1 19 aprel 22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) İlk oyun - 0:3 22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) İlk oyun - 3:2 Geri dön |