Ana Sayfa > Ölkə > Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq
Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaqDünən, 22:33. Yazar: vasif |
![]() Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq. “aia.az” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. “Binəqədi RETSİ-nə daxil olan 9-cu mikrorayon Mir Cəlal küçəsinin bəzi ərazilərində 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib. Geri dön |