Ana Sayfa > Ölkə > Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru tədbir keçirib
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektoru tədbir keçiribBu gün, 15:42. Yazar: azer |
![]() Pirallahı rayonunda Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği, müstəqil dövlətçilik ənənələrinə sədaqət və vətənpərvərlik hissinin aşılanması, məktəblilərin milli kimlik şüurunun daha da möhkəmləndirilməsi və milli dövlətçilik ideyalarının təbliği istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. aia.az xəbər verir ki, 13 oktyabr 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayon üzrə fəaliyyət göstərən Laçın rayon, M. Y. Müseyibov adına Bozlu kənd tam orta məktəbində “Müstəqil Azərbaycan” mövzusunda görüş keçirilib. Görüşdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, baş məsləhətçisi Tural Babayev, məktəbin direktoru Nuridə Əhmədova və müəllim Səadət Kazımova iştirak edib və çıxış ediblər. Həmçinin ümumtəhsil məktəbinin pedaqoji heyət nümayəndələri və məktəblilər də görüşdə iştirak ediblər. Görüş zamanı Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələri, ölkəmizin tarixi, bu günü və gələcəyi, Azərbaycanın əldə etdiyi parlaq nailiyyətlər, gənclərin dövlətçilik ideyalarına bağlılığının gücləndirilməsi, onların ölkəmizin tarixi və müasir inkişafı barədə məlumatlandırılması, ölkənin milli maraqlarının qorunmasında gənc nəslin rolunun artırılmasının əhəmiyyəti xüsusi olaraq vurğulanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Geri dön |