Ana Sayfa > Siyasət / Parlament > Deputatlarımız MDB PA-nın komissiyalarının iclasında iştirak edəcək

Deputatlarımız MDB PA-nın komissiyalarının iclasında iştirak edəcək


Bu gün, 14:54. Yazar: azer
Deputatlarımız MDB PA-nın komissiyalarının iclasında iştirak edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və deputat Nizami Səfərov oktyabrın 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının, Nizami Səfərov isə sədri olduğu Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının iclaslarında iştirak edəcəklər.

Səfər oktyabrın 16-da başa çatacaq.
Geri dön