Ana Sayfa > Siyasət > “Azərbaycan və Komboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir”
“Azərbaycan və Komboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir”Bu gün, 14:50. Yazar: azer |
![]() Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası üçün də etibarlı və cəlbedici tərəfdaşdır. Kamboca Krallığı ilə əlaqələr də bu xüsusda mümhüm əhəmiyyət kəsb edir. 1994-cü il dekabrın 28-də diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün mühüm zəmin formalaşıb. Prezident İlham Əliyev rəsmi görüş zamanı mövcud siyasi münasibətləri yüksək qiymətləndirərək “biz yaxşı dost və tərəfdaşıq”söylədi. Səfər çərçivəsində ticarət, investisiya, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Ticarət və investisiya sahəsində konkret təkliflərin hazırlanması üçün birgə işçi qrupunun yaradılması barədə razılıq da bu baxımdan əhəmiyyətlidir. Azərbaycan–Kamboca münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi yer tutur. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi, deputatların qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında təmasları əlaqələri möhkəmləndirir. Milli Məclisin sədri Sahibə Qafarovanın 2025-ci il sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Khuon Sudary ilə görüşündə parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə parlamentlər arasında imzalanmış anlaşma memorandumunun, qarşılıqlı səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın rolu qeyd edilib. Prezident İlham Əliyev də 2026-cı il oktyabrın 12-də parlamentlərarası əlaqələrə toxunaraq bildirdi ki, “parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir”. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə Kambocanın göstərdiyi dəstəkdir. Bu fakt Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq parlament diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir. Bundan əlavə, beynəlxalq təşkilatlarda dialoqun davam etdirilməsi və mina təhlükəsi kimi ortaq problemlərlə bağlı təcrübə mübadiləsi əməkdaşlığın praktik istiqamətlərindəndir. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və logistika bağlantılarında oynadığı rol, Kambocanın isə Cənub-Şərqi Asiya regionundakı mövqeyi ikitərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal layihələri və turizm sahəsində əməkdaşlıq münasibətlərin iqtisadi dividendlər yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanlardan istifadə üçün qarşılıqlı məlumat mübadiləsinin və biznes əlaqələrinin genişləndirilməsi vacibdir. Humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Kamboca arasında təhsil əlaqələrinin tarixi mövcuddur. Kambocalı tələbələrin Azərbaycanda təhsil alması ənənəsinin bərpası, universitetlər arasında əməkdaşlıq və gənclərin mübadilə proqramları xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Geri dön |