Ana Sayfa > Parlament > "Dəyişikliklər etməliyik ki, vətəndaşlarımız əziyyət çəkməsin" -
"Dəyişikliklər etməliyik ki, vətəndaşlarımız əziyyət çəkməsin" -Bu gün, 13:08. Yazar: Subhan |
![]() "Azərbaycanda məhkəmə sistemində xeyli islahatlar gedib. Məhkəmə sistemi getdikcə təkmilləşir, qəbul olunan qərarlar operativləşir və keyfiyyətcə daha da yaxşılaşıb. Amma bunun icraya yönəlməsində müvafiq problemlər var". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. Komitə sədri bildirib ki, əgər vətəndaşın banka hansısa borcu varsa, bu icraya yönələndə dərhal həyata keçirilir: "Lakin vətəndaşa olan borcu və yaxud vətəndaşın mülkiyyət, torpaq, alqı-satqı münasibətləri getdikcə uzanır, ildən-ilə keçir və bunun həyata keçirilməsi vətəndaş üçün problemlər yaradır. Elə hallar var ki, yüz minlərlə borcu var və elə bir qiymət müəyyənləşir ki, o qiyməti ödəməkdən ötrü iki yüz il vaxt lazımdır. Gərək 200 il ödənilsin ki, həmin vətəndaşa olan digər borclar yerinə yetirilsin. Halbuki onun kifayət qədər əmlakı var, bu əmlakı müəyyən etmək və ortaya çıxartmaq mümkündür. Baxmayaraq ki, digərlərinin adınadır, amma bəllidir ki, əmlak həmin şəxsə aiddir. Son vaxtlar rastlaşırıq ki, dələduzluq və ya başqa yollarla vətəndaşın əmlakını ələ keçirirlər, sonradan isə adi bir qaydada cəza müəyyənləşir və kiçik bir həcmdə bunun icrası həyata keçirilməyə başlayır. O baxımdan qanunun bu bəndi gücləndirilir. Hesab edirəm ki, gələcəkdə "İcra haqqında" qanuna yenidən baxıb əlavələr, dəyişikliklər etməliyik ki, vətəndaşlarımız əziyyət çəkməsin". aia.az Geri dön |