Ana Sayfa > Parlament > Azərbaycançılıq İnstitutunun yaradılması təklif olunur
Azərbaycançılıq İnstitutunun yaradılması təklif olunurBu gün, 12:11. Yazar: Subhan |
![]() "Son zamanlar ölkəmizə ideoloji zəmində olan hibrid hücumlar mühüm bir məsələni gündəmə gətirib. Bu, milli ideologiyadır, ideoloji təhlükəsizlikdir. Biz azərbaycanlı olaraq kimik, nəyə inanırıq və necə bir ölkədə yaşamaq istəyirik?". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır: "Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır. Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər. Məhz bu məqsədlə, hesab edirəm ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var. Əminəm ki, belə bir institut milli ideologiyanın məzmunun zənginləşməsinə mühüm töhfə verə bilər". aia.az Geri dön |