Ana Sayfa > Siyasət / Manşet > ATƏT sədri Bakıya gəlir
ATƏT sədri Bakıya gəlir18-04-2017, 12:49. Yazar: admin |
Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir. AİA.az xəbər verir ki, trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib. O bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristine Muttoneni Azərbaycana dəvət edib: "Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gerçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam". AİA.az Geri dön |