Ana Sayfa > Dünya / Aia TV / Karusel > Aytən: İki uşaqla naümid olmaq istəmirəm

Aytən: İki uşaqla naümid olmaq istəmirəm


11-10-2015, 15:45. Yazar: admin

“Ümid verin insanlara!!!”

Aparıcı Aytən Səfərova evsizlik probleminə toxunub.

Aia.az -ın axşam.az-a istinadən məlumatına görə, aparıcı evi olmayan xalq artistləri və jurnalistlərin vəziyyəti barədə fikir bildirib:

“Əvvəllər binalar tikilər, müəllimlərə, fəhlələrə, alimlərə, artistlərə, media işçilərinə və başqalarına paylanardı. Hamı da növbə gözləyər, gələcək üçün arzular tutub, övladları ilə otaqların pərdələrinə, divardan asılacaq şəkillərə və s. dair xoş xəyallar qurardı. Ümid var idi. İndi isə bomboş binalar, kəllə-çarxa qalxan qiymətlər, naümid insanlar... Mən jurnalistəm. Jurnalistlər üçün təhvil verilmiş binada mənzil alanların əksəriyyətini nəinki mən, heç orada yaşayan həmkarlarımın çoxu da tanımır. Sanki hər şey tanışlıqla, hansısa məmura yaltaqlanaraq adını siyahıya saldırmaq üçün dəridən-qabıqdan çıxmaqla mümkündür.

Niyə xalq artisti küçədə qalmalıdır? Niyə sözün düzünü deyən jurnalist kirayədə yaşamalı, ayaq qoxusu, çanta ilə ayaqqabıya dair “önəmli reportaj” hazırlayan jurnalist əziyyət çəkmədən irəli getməlidir? Ümid verin insanlara!!! Mən də iki uşaqla naümid olmaq istəmirəm. Əks halda, niyə 20 il xalqa, Vətənə xidmət etmişəm və bu xidmətə canla-başla davam etmək istəyirəm?!”.
Geri dön