Ana Sayfa > Şou-biznes > Oktay Kaynarca “Milyoner”dən ayrıldı
Oktay Kaynarca “Milyoner”dən ayrıldıBu gün, 09:24. Yazar: Subhan |
![]() Türkiyənin məşhur aktyoru Oktay Kaynarca “Kim Milyoner Olmaq İstər?” yarışmasının aparıcılığından ayrılıb. Onun yerinə təcrübəli xəbər aparıcısı Cem Öğretir gətirilib. aia.az xəbər verir ki, Kaynarca yeni mövsümdə “Hamal” serialı ilə ekranlara qayıtmağa hazırlaşır. Yarışmada isə aparıcı dəyişikliyi ilə yanaşı, qaydalar da yenilənib. Belə ki, baş mükafat 5 milyon türk lirəsindən 10 milyon lirəyə yüksəldilib, əsas mükafata çatmaq üçün cavablandırılmalı olan sualların sayı isə 13-dən 15-ə çatdırılıb. Bundan başqa, zəmanətli məbləğ mərhələsi 7-ci sualdan 5-ci suala keçirilib, həmin mərhələnin məbləği 50 min lirədən 20 min lirəyə endirilib. aia.az Geri dön |