Ana Sayfa > Özəl > YAP Tovuz rayon təşkilatı tədbir keçirib
YAP Tovuz rayon təşkilatı tədbir keçiribBu gün, 17:24. Yazar: azer |
![]() YAP Tovuz rayon təşkilatı Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) və Avaztəpə ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirildi. aia.az xəbər verir ki, ilk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə YAP Tovuz rayon təşkilatının sədr müavini, qurultay nümayəndəsi İlqar Kərimov, aparatın məsləhətçisi Emin Feyzizadə, ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri və partiya fəalları iştirak edib. Çıxış edənlər – Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Emin Eyvazov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mehriban Tağıyeva, qurultay nümayəndəsi İlqar Kərimov, Avaztəpə ərazi partiya təşkilatının sədr müavini Vüqar Əhmədov və partiya veteranı Elman Bayramov, partiya fəalı Vüqar Cəfərov Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər. Bildirilmişdir ki, qurultayda dövlətçilik prinsiplərinin qorunması, milli maraqların təmin edilməsi, ölkədə sabitliyin möhkəmləndirilməsi və cəmiyyətin birliyinin qorunması ilə bağlı səsləndirilən mesajlar xüsusi önəm kəsb edir. Çıxışlarda, həmçinin Azərbaycanın əldə etdiyi nailiyyətlərin davam etdirilməsi, ölkənin maraqlarına xidmət edən təşəbbüslərin dəstəklənməsi və vətəndaşların ictimai həyatda fəallığının artırılmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, qurultayda müəyyən edilən əsas istiqamətlər partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsi, üzvlərin məsuliyyətli fəaliyyətinin təşviqi və cəmiyyətlə əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Geri dön |