Ana Sayfa > Ölkə > "Xarici dini cərəyanların ölkəmizdəki proseslərə müdaxiləsinə yol verilməməlidir" -

"Xarici dini cərəyanların ölkəmizdəki proseslərə müdaxiləsinə yol verilməməlidir" -


Bu gün, 16:55. Yazar: Subhan
"Xarici dini cərəyanların ölkəmizdəki proseslərə müdaxiləsinə yol verilməməlidir" -

"Təsəvvür etməzdim ki, ölkəmizdə dini icmaların təsiri bu dərəcədə güclənib. Görünür, hökumətdə də bununla bağlı ətraflı məlumatlar olub. Yayılan videolar, bəzi məktəblərin qarşısında səsləndirilən şüarlar və nümayiş etdirilən plakatlar, zorakı hərəkətlər təşkilatlanmanın kifayət qədər güclü olduğunu göstərir. Xarici təsirləri də istisna etmirəm".

aia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, məktəblərə və müəllimlərə hücumlar, qanunsuz çağırışlar və hərəkətlər, maşınları yandırmaq ciddi məsuliyyət yaradır:

"Xatırlatmaq istərdim ki, məktəb ictimai məkan və qorunan ərazidir. Məktəblərin demək olar ki, hamısı müşahidə kameraları ilə təchiz olunub. Orada baş verənlərin aidiyyəti qurumların nəzarətindən kənarda qaldığını düşünmək sadəlövhlük olardı. Uşaqları etiraz vasitəsinə çevirmək, məktəb qaydalarını dinə qarşı, dini dəyərlərə qarşı mübarizə kimi təqdim etmək yolverilməzdir. Buna görə də emosiyalara qapılaraq qanunsuz hərəkətlərə yol verənləri atdıqları addımların məsuliyyətini dərk etməyə çağırıram. Çox vaxt aranı qarışdıranlar kənarda qalır, nəticələrin ağırlığını isə sadə insanlar, kasıb-kusublar çəkirlər. Valideynlərə müraciət edirəm ki, uşaqları etiraz vasitəsinə çevirmək əvəzinə, onların bilik və bacarıq qazanmasına diqqət yetirmək daha faydalı olardı. Bir neçə məktəb qarşısında səsləndirilən şüarların mahiyyətinə və onu səsləndirənlərə, direktorlara və müəllimlərə hədə-qorxu gələnlərə, geyim məsələsinə görə yandırılan maşına baxıram. Səmimi olaraq qeyd edim ki, mən bu dərəcədə gözləmirdim.

Fikrimcə dövlətin dünyəvi əsaslarını qorumaq üçün xarici dini cərəyanların ölkəmizdəki proseslərə bu dərcədə müdaxiləsinə yol verilməməlidir. Ölkənin xarici təsirlərin genişlənməsi üçün meydana çevrilməsinə imkan vermək olmaz. Əminəm ki, cəmiyyətimiz də məktəbin dini qarşıdurma yerinə çevrilməsinə cəhdlər olunduğunun fərqindədir. Ümid edirəm, hökumət qanuna zidd hərəkətlərin qarşısını alacaq, təqsirkarlar cəzalandırılacaq və qayda-qanunu bərpa edəcək. Eyni zamanda, bəlkə də yeri deyil, amma ümid edirəm hökumət də dini icmaların təsirinin bu dərəcədə güclənməsinin səbəblərinin fərqindədir".

aia.az
Geri dön