Ana Sayfa > Manşet / Təhsil > Misir Mərdanovdan vahid məktəbli forması məsələsinə
Misir Mərdanovdan vahid məktəbli forması məsələsinəBu gün, 16:23. Yazar: Subhan |
![]() Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi isə fikir ayrılıqlarına səbəb olub. aia.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov modern.az-a açıqlamasında Nazirlər Kabinetinin qərarını dəstəklədiyini bildirib. "Hesab edirəm ki, qərarın icrası Azərbaycana və Azərbaycan dövlətçiliyinə xeyir gətirə bilər. Burada heç yerdə hicab adı çəkilmir. Qeyd edilir ki, vahid məktəbli forması olmalıdır, vəssalam. Məktəblərdə dövlətin müəyyən etdiyi məktəbli forması olmalıdır. Yoxsa məktəbdə hərə bir şey geyinməli deyil. Məktəb var-dövlət nümayiş etdirmək yeri deyil. Qərarı dəstəkləyirəm və hesab edirəm ki, bundan sonra elə belə də olacaq",-deyə sabiq nazir vurğulayıb. aia.az Geri dön |