Ana Sayfa > Özəl > Şəhid Teymurlu Orxan Şaiq oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilib

Şəhid Teymurlu Orxan Şaiq oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilib


Bu gün, 13:29. Yazar: azer
Şəhid Teymurlu Orxan Şaiq oğlunun ildönümü münasibətilə  məzarı ziyarət edilib

aia.az xəbər verir ki, 11.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Fərzalı kənd sakini Teymurlu Orxan Şaiq oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıdı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxunudu.

Şəhid valideyni dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!






Geri dön