Ana Sayfa > Dünya > Gürcüstandan 7 milyard dollarlıq nəhəng həmlə - Tiflis böyük layihəni elan etdi

Gürcüstandan 7 milyard dollarlıq nəhəng həmlə - Tiflis böyük layihəni elan etdi


Bu gün, 09:18. Yazar: vasif
Gürcüstandan 7 milyard dollarlıq nəhəng həmlə - Tiflis böyük layihəni elan etdi


Gürcüstan hökuməti ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün irimiqyaslı investisiya proqramı hazırlayıb.

aia.az xəbər verir ki, layihə çərçivəsində avtomobil yolları, limanlar, dəmir yolları və hava limanlarının inkişafına milyardlarla dollar ayrılacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib.

Baş nazir bildirib ki, 2032-ci ilə qədər ölkənin nəqliyyat infrastrukturuna ümumilikdə yeddi milyard dollar sərmayə yatırılması planlaşdırılır.

Kobaxidzenin sözlərinə görə, proqramın əsas istiqamətlərindən biri dəmir yolu infrastrukturunun yenilənməsi və gücləndirilməsidir.

“Limanlar, avtomobil magistralları və hava limanları ilə yanaşı, bu planın ən mühüm tərkib hissələrindən biri də dəmir yolunun yenilənməsi və gücləndirilməsidir”, – deyə Baş nazir vurğulayıb.

Bundan əlavə, Kobaxidze Tiflis yaxınlığında yeni beynəlxalq hava limanının tikintisi ilə bağlı konkret tarix açıqlayıb.

Onun sözlərinə görə, 2027-ci ilin dekabrında paytaxtdan təxminən 30 kilometr məsafədə yerləşən Vaziani ərazisində yeni beynəlxalq hava limanının tikintisinə başlanılacaq.
Geri dön