Ana Sayfa > İdman > Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər


Bu gün, 19:30. Yazar: azer
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər.

aia .az xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub.

Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Son gündə qarışıq komanda yarışı təşkil olunacaq.
Geri dön