Ana Sayfa > Qərbi Azərbaycan > Qidadan zəhərlənənlərin sayı açıqlandı
Qidadan zəhərlənənlərin sayı açıqlandı17-04-2017, 16:28. Yazar: admin |
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib. Təkcə bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib. Martda 1 botulizm hadisəsi baş verib ki, bundan da 1 nəfər zəhərlənib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanan məhsullardan baş verib. Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib. AİA.az Geri dön |