Ana Sayfa > Ölkə > Salyanda avtomobil qatarla toqquşdu – Sürücü özünü maşından ataraq xilas oldu - VİDEO

Salyanda avtomobil qatarla toqquşdu – Sürücü özünü maşından ataraq xilas oldu - VİDEO


Bu gün, 16:42. Yazar: vasif
Salyanda avtomobil qatarla toqquşdu – Sürücü özünü maşından ataraq xilas oldu - VİDEO


Salyanda minik avtomobili qatarla toqquşub.
Ölkə.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında dəmiryolu xəttinin Salyan-Salmanlı sahəsində olub.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil hərəkətdə olan lokomotivin qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

Sürücü sonda özünü maşından ataraq xilas olub.


Geri dön