Ana Sayfa > Dünya > Bütün torpaqlar geri alınmasa dayanmayacağıq - Ər-Riyad

Bütün torpaqlar geri alınmasa dayanmayacağıq - Ər-Riyad


Bu gün, 14:49. Yazar: vasif
Bütün torpaqlar geri alınmasa dayanmayacağıq - Ər-Riyad


Yəmən hökuməti son həftələrdə itirilmiş bütün torpaqlar üzərində nəzarəti bərpa edənə qədər Səudiyyə Ərəbistanı atəşkəsə və ya hərbi əməliyyatların dayandırılmasına razılıq verməyəcək.

Məlumatı AFP yerli mənbəyə istinadən yayıb. Nəşrin mənbəyinə görə, krallıq husilərin "hərbi şantajına" uymayacaq. AFP həmçinin xatırladır ki oktyabrın 8-də Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Saudia Airlines təyyarəsinə iki zərbə endirilib. Pilot da daxil olmaqla üç Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub. Bir neçə nəfər yaralanıb.

Dünən isə Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd əl-Cabir Bab əl-Məndəb boğazının "husilərdən təmizləndiyini" elan edib. Əl-Cabir sosial mediada Bab əl-Məndəbin husi terrorçu qalıqlarından təmizləndiyini yazıb. Husilər səfirin açıqlamasına hələlik münasibət bildirməyiblər.
Geri dön