Ana Sayfa > Dünya > Zaporojyedə FACİƏ BÖYÜYÜR: Ölən üç uşaq daxil olmaqla həlak olanların sayı 7-yə ÇATDI

Zaporojyedə FACİƏ BÖYÜYÜR: Ölən üç uşaq daxil olmaqla həlak olanların sayı 7-yə ÇATDI


Bu gün, 13:22. Yazar: vasif
Zaporojyedə FACİƏ BÖYÜYÜR: Ölən üç uşaq daxil olmaqla həlak olanların sayı 7-yə ÇATDI


Rusiyanın Zaporojye şəhərini altı idarəolunan aviabomba ilə atəşə tutması nəticəsində həlak olanların sayı kəskin artaraq 7 nəfərə çatıb.

aia.az xəbər verir ki, faciəvi şəkildə həyatını itirənlər arasında üç azyaşlı uşaq da var.

Dağıntılar altından daha çox insanın cəsədinin çıxarılması ilə itkilərin sayı artıb. Rusiya aviasiyasının endirdiyi ağır zərbələrdən sonra dinc sakinlərin yaşadığı məhəllələrdən və çoxmərtəbəli binalardan geriyə yalnız xarabalıqlar və alovlanan qalıqlar qalıb.

Ukrayna Fövqəladə Hallar Xidmətinin xilasediciləri və ağır texnikası dağıntıların təmizlənməsi və qəza-xilasetmə əməliyyatlarını fasiləsiz olaraq davam etdirirlər.

Zərbə zonasında xəsarət alanların müalicəsi xəstəxanalarda aparılır, mənzilsiz qalan ailələrə yardım göstərilir.
Geri dön