Ana Sayfa > Dünya > Tramp ən böyük arzusunu niyə reallaşdıra bilmir? – Ən güclü olmaq bu məsələdə keçmir
Tramp ən böyük arzusunu niyə reallaşdıra bilmir? – Ən güclü olmaq bu məsələdə keçmirDünən, 23:00. Yazar: vasif |
![]() 2026-cı il üzrə Nobel Sülh Mükafatının sahibi bəlli olub. Norveç Nobel Komitəsi bu mötəbər mükafata BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navanethem "Navi" Pillayın layiq görüldüyünü elan edib. Qeyd edək ki, keçən il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya təqdim olunmuşdu. Bu il də namizədlər arasında adı çəkilən ABŞ prezidenti Donald Tramp mükafatsız qalıb. Bəs dünyanın ən güclü dövlətinin birinci şəxsi Trampın Nobel Sülh Mükafatı almaq arzusu nədən gerçəkləşmir? Nobelşünas ekspertlər hesab edir ki, bunun əsas səbəbi Trampın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə necə qiymətləndirilməsi, münaqişələrdəki siyasəti və Nobel Komitəsinin seçim meyarları ilə bağlıdır. Burada vacib məqam budur ki, Trampın mükafatı ala bilməməsi onun heç bir sülh təşəbbüsünün olmadığı anlamına gəlmir. Məsələ onun fəaliyyətinin mükafat üçün kifayət qədər əsas hesab edilib-edilməməsidir. Donald Trump dəfələrlə Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. Lakin mükafatın verilməsi ABŞ prezidentinin siyasi nüfuzundan və ya özünü necə təqdim etməsindən asılı deyil. Qalibi Norveç parlamenti tərəfindən formalaşdırılan beş nəfərlik müstəqil Nobel Komitəsi müəyyənləşdirir. Norveç hökuməti mükafatın qalibini birbaşa seçmir. Komitə namizədlərin fəaliyyətini, sülhə töhfələrini və beynəlxalq əməkdaşlığın inkişafındakı rolunu qiymətləndirir. Namizəd göstərilmək isə mükafata layiq görülmək demək deyil. Tramp administrasiyası müxtəlif münaqişələrin dayandırılması və beynəlxalq razılaşmaların əldə olunması istiqamətində fəaliyyətini mükafat üçün əsas kimi təqdim edir. Onun tərəfdarları da bu təşəbbüsləri Nobel Sülh Mükafatına layiq töhfələr kimi qiymətləndirirlər. Lakin burada üç mühüm məqam var. Birincisi, sülh razılaşmalarının davamlılığıdır. Münaqişənin dayandırılması ilə uzunmüddətli sülhün təmin edilməsi eyni şey deyil. Razılaşmaların nə dərəcədə həyata keçirilməsi və nəticələrinin davamlılığı da əhəmiyyət daşıyır. İkincisi hərbi siyasətin təsiri faktorudur. ABŞ-ın İranla müharibədə iştirakı Trampın sülh tərəfdarı kimi təqdim etdiyi siyasi xəttin qiymətləndirilməsini çətinləşdirir. Üçüncü amil beynəlxalq hüquq və əməkdaşlıqdır. Nobel Komitəsinin yalnız siyasi bəyanatları deyil, sülhə, münaqişələrin həllinə və beynəlxalq əməkdaşlığa real töhfələri nəzərə aldığı vurğulanır. Prezident Trampın mükafatı açıq şəkildə istəməsi və müxtəlif ölkələrin siyasi liderlərinin onun namizədliyini dəstəklədiklərini bildirmələri qalibin müəyyənləşdirilməsinə zəmanət vermir. Qeyd edək ki, 2026-cı ildə Nobel Sülh Mükafatına ümumilikdə 287 namizəd təqdim olunub. 208 şəxs və 79 təşkilat. Komitə namizədlərin tam siyahısını 50 il ərzində məxfi saxlayır. Geri dön |