Ana Sayfa > Gündəm / Dünya > Zəngəzurda azərbaycanlı təşvişi - Ermənistan kəşfiyyatı və rus sərhədçilər səfərbər oldu

Zəngəzurda azərbaycanlı təşvişi - Ermənistan kəşfiyyatı və rus sərhədçilər səfərbər oldu


Bu gün, 22:22. Yazar: vasif
Zəngəzurda azərbaycanlı təşvişi - Ermənistan kəşfiyyatı və rus sərhədçilər səfərbər oldu


Ermənistanın Zəngəzur bölgəsində yerləşən Mehri şəhəri yaxınlığında üç şübhəli şəxsin görünməsi barədə məlumat yayılıb.

aia.az xəbər verir ki, Ermənistanın 24News nəşri Mehri yaxınlığındakı sərhədyanı Kuris kəndinin sakinlərinə istinadən mülki geyimli üç şübhəli kişinin ərazidə göründüyünü bildirib.

Kənd sakinlərinin sözlərinə görə, naməlum şəxslər qısa söhbətdən sonra ərazidən uzaqlaşıblar.

Erməni mediası həmin şəxslərin axtarışına Ermənistan xüsusi xidmət orqanlarının və Rusiya sərhədçilərinin cəlb olunduğunu iddia edib.

Məlumatlarda axtarış əməliyyatı zamanı pilotsuz uçuş aparatlarından istifadə edildiyi də bildirilib.

Hadisə ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb.

Qurum azərbaycanlıların Mehri ərazisinə daxil olması barədə mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Geri dön