Ana Sayfa > Cəmiyyət > Erməni siyasi məhbusun vəziyyəti ağırdır

Erməni siyasi məhbusun vəziyyəti ağırdır


17-04-2017, 15:46. Yazar: admin
Erməni siyasi məhbusun vəziyyəti ağırdır



İyulun 19-da Ermənistanda Sari Tağda baş verən hadisələr nəticəsində həbs edilən Hraçya Boyacyan iki həftə öncə başladığı aclıq aksiyasını davam etdirir.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə müsahibəsində məhbusun həyat yoldaşı Narina Qazaryan bildirib.

O, qeyd edib ki, yoldaşı Nubaraşen penitensiar tibb mərkəzindədir, lakin aclıq aksiyasını dayandırmaqdan imtina edir. Onun sözlərinə görə, siyas məhbus olan həyat yoldaşının vəziyyəti ağırdır.

Hraçya Boyacyanın hüquqlarını qoruyan Arayik Zalyan daha öncə qeyd etmişdi ki, onun müvəkkili aclıq aksiyasına davam etməkdə israr edir və prokurorluğun nümayəndələri ilə görüş tələb edir.

AİA.az
Geri dön