Ana Sayfa > Dünya > Rusiya ordusu Zaporojyeni bombalayıb

Rusiya ordusu Zaporojyeni bombalayıb


Bu gün, 17:30. Yazar: Subhan
Rusiya ordusu Zaporojyeni bombalayıb

Zaporojye şəhərinə Rusiyanın idarəolunan aviasiya bombaları ilə hücumu nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

aia.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda“ Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Mixailo Semikinə istinadən məlumat yayıb.

Semkin bildirib ki, səhər saatlarında şəhərə altı idarəolunan aviasiya bombası atılıb. Yaralananlar arasında 14 yaşlı yeniyetmə də var.

Onun sözlərinə görə, zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. İki qadın və bir kişi orta ağır vəziyyətdə həkim nəzarətində qalır.

Hücum nəticəsində bir çoxmərtəbəli yaşayış binası qismən dağılıb, daha 20 binaya ziyan dəyib. Şəhərin Uşaq və Gənclər Yaradıcılıq Sarayı da zərər görüb.

Bundan əlavə, FPV-dronun marşrut taksisinə hücumu nəticəsində daha üç nəfər yaralanıb.

aia.az
Geri dön