Ana Sayfa > İdman > Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu


Bu gün, 16:39. Yazar: Subhan
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsinə yekun vurulub.

aia.az xəbər verir ki, son oyun günündə “Ağdaş” öz meydanında “Haypers”i qəbul edib. Ağdaş şəhər stadionunda keçirilən görüş qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl keçirilən oyunlarda “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1, “Marafon” “Dinamo”nu 3:0, “Kür-Araz” “Şirvan”ı 3:1, “Zəngəzur” “Difai”ni 3:1 hesabı ilə üstələyib.

aia.az
Geri dön