Ana Sayfa > Siyasət > YAP Oğuz rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələrlə bağlı müşavirə keçirilib.
YAP Oğuz rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələrlə bağlı müşavirə keçirilib.Bu gün, 16:38. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatında “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə” keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Müşavirədə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, ərazi partiya təşkilatlarının sədrləri və müavinləri, partiya veteranları və fəalları iştirak ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müşavirədə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi fikirlər qarşıdakı dövrdə partiya təşkilatlarının fəaliyyətinin daha çevik, məqsədyönlü və müasir çağırışlara uyğun qurulması üçün mühüm istiqamətlər müəyyənləşdirir. Saleh Məhərrəmov vurğulayıb ki, YAP-ın qarşısında dayanan əsas vəzifələrdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması, ictimai-siyasi fəallığın artırılması və partiyanın cəmiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsidir. Bildirilib ki, yeni dövr partiya təşkilatlarından yalnız ənənəvi fəaliyyətlə kifayətlənməyi deyil, dəyişən ictimai münasibətləri və müasir çağırışları nəzərə alaraq yeni yanaşmalar formalaşdırmağı tələb edir. Müşavirədə Milli Məclisin deputatı Eyvaz Qurbanov VIII Qurultayda müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən danışıb, YAP-ın ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan, dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Çıxışda dövlətçilik ənənələrinin və azərbaycançılıq ideologiyasının təbliği, milli birliyin möhkəmləndirilməsi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması məsələlərinə diqqət yetirilib. Partiyanın siyasi xəttinin mahiyyətinin əhali arasında ardıcıl izah olunmasının, maarifləndirici tədbirlərin məzmun və səmərəliliyinin yüksəldilməsinin əhəmiyyəti vurğulanıb. Oğuz Rayon İcra Hakimiyyətinin sektor müdiri Ayaz Ağayev, Partiya veteranı Azad Əliyev, Oğuz Peşə məktəbinin direktor səlahiyyətlərini icra edən Ceyhun Kərimov çıxış edərək bildiriblər ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji istiqamətlər partiyanın qarşıdakı dövrdə fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün mühüm əsas yaradır. Bu istiqamətdə YAP Oğuz rayon təşkilatı da qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi, partiya üzvlərinin fəallığının artırılması və rayon ictimaiyyətinin müxtəlif təbəqələri ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Müşavirədə mövzu ətrafında müzakirələr aparılıb, qurultaydan irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və təbliğat işinin daha səmərəli təşkili barədə fikir mübadiləsi aparılıb. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Geri dön |