Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələdə
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələdəBu gün, 13:44. Yazar: azer |
![]() Müasir dünya nizamının sürətlə dəyişdiyi, geosiyasi rəqabətin və qarşıdurmaların dərinləşdiyi bir dövrdə dövlətlərin xarici siyasətində çeviklik, balans və strateji uzaqgörənlik xüsusi əhəmiyyət daşıyır. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan milli maraqlarını əsas götürən, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən çoxvektorlu xarici siyasət həyata keçirir. Bu siyasətin mühüm istiqamətlərindən birini Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərin ardıcıl şəkildə inkişaf etdirilməsi təşkil edir.Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin prioritetlərini və gələcəyə hesablanmış baxışını bir daha ortaya qoydu. Dövlət başçısının çıxışında siyasi, iqtisadi, enerji və nəqliyyat əməkdaşlığı ilə yanaşı, regionda sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinin vacibliyi xüsusi vurğulandı. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu münasibətlərin inkişafında mühüm mərhələdir. Qərarın bütün iştirakçı dövlətlər tərəfindən yekdilliklə dəstəklənməsi Azərbaycanın region ölkələri ilə qurduğu yüksək səviyyəli siyasi etimadın göstəricisidir. Bu prosesdə Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Məhz onun təşəbbüsü ilə ötən ilin avqustunda Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı məsələsi irəli sürülmüşdü. Bu gün Azərbaycan-Mərkəzi Asiya əlaqələri siyasi dialoqdan iqtisadi əməkdaşlığa qədər bütün istiqamətlərdə sürətlə genişlənir. Qarşılıqlı yüksək səviyyəli səfərlər intensivləşir, ticarət və investisiya əlaqələri artır. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması əməkdaşlığın real iqtisadi nəticələrini göstərir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də bu dinamikanın mühüm göstəricisidir. Energetika əməkdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rolunu oynayır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqlinin artması ölkəmizin regional enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirir. Əməkdaşlığın yeni mərhələsini isə yaşıl enerji gündəliyi müəyyənləşdirir. Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə fəaliyyət göstərir. Bu təşəbbüslər regionun enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və Avropa bazarları ilə əlaqələrinin genişlənməsinə yeni imkanlar açır. Mərkəzi Asiya ilə tərəfdaşlığın əhəmiyyəti energetika və nəqliyyat layihələri ilə məhdudlaşmır. Orta Dəhlizin inkişafı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir. Beləliklə, tarixi və mədəni yaxınlıq üzərində formalaşan siyasi etimad konkret iqtisadi və strateji layihələrlə möhkəmlənir. Şübhəsiz ki, bütün bu nailiyyətlərin təməlində sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik dayanır. Məhz sabit və təhlükəsiz regional mühit yeni investisiyaların cəlbinə, nəqliyyat və enerji layihələrinin reallaşmasına və dövlətlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə imkan yaradır. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzvlüyü ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərində yeni səhifə açıb. Bu, yalnız ikitərəfli əlaqələrin deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələrinin güclənməsi baxımından mühüm hadisədir. Bu gün Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri ortaq keçmişdən güc alaraq ortaq gələcək qururlar. Tarixi-mədəni bağlılığın siyasi iradə və konkret layihələrlə tamamlanması Türk dünyasının həmrəyliyini və regional çəkisini daha da artırır. Azərbaycanın Mərkəzi Asiya siyasəti də məhz bu baxışın ortaq dəyərləri müasir strateji tərəfdaşlığa çevirmək siyasətinin mühüm ifadəsidir. Millət vəkili Tamam Cəfərova belə deyib. Geri dön |