Ana Sayfa > Karusel / Siyasət / Parlament > Milli Məclisin deputatları Beynəlxalq forumda iştirak edəcək

Milli Məclisin deputatları Beynəlxalq forumda iştirak edəcək


Bu gün, 11:38. Yazar: azer
Milli Məclisin deputatları  Beynəlxalq forumda iştirak edəcək

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Nigar Arpadarai “Vacib söhbət: xoşbəxt ailə güclü dövlət deməkdir” adlı Forumda iştirak etmək üçün oktyabrın 11-də Belarus Respublikasının Polotsk şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forumda müxtəlif ölkələrin parlamentariləri bir araya gələrək mənəvi dəyərlər və ailə ənənələri ilə bağlı əsas prinsiplər və yanaşmalar ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfər oktyabrın 15-də başa çatacaq.
Geri dön