Ana Sayfa > Ölkə > YAP Şəmkir rayon təşkilatında müşavirə keçirilib

YAP Şəmkir rayon təşkilatında müşavirə keçirilib


Bu gün, 18:50. Yazar: azer
YAP Şəmkir rayon təşkilatında müşavirə keçirilib

Oktyabrın 06-da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına Şəmkir rayonundan seçilmiş nümayəndələr, veteranlar və partiya fəalları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Şəmkir rayon təşkilatının inzibati binasında davam edən müşavirədə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Qurultay nümayəndəsi, Milli Məclisin deputatı Müşviq Cəfərov, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndələri, ƏPT sədrləri, partiya fəalları, partiya veteranları və rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.

Z.Güvəndiyev qeyd edib ki, VIII Qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay olmaqla, həm ötən dövrün siyasi yekunlarına nəzər salmaq, həm də yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Dövlət başçısı bildirdi ki, YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır.

Müşavirədə çıxış edən Qurultay nümayəndəsi, Milli Məclisin deputatı Müşviq Cəfərov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışıb. O, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Müşavirədə Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələr, partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərlə işin səmərəli təşkili, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, eləcə də partiyanın rayon təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edilib.

Çıxış edən VIII qurultayın nümayəndələri Arzu Əmiraslanov, Elvira Allahverdiyeva bildirdirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışıb. O, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Çıxışçılar qurultayın keçirilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın son dövrlərdə keçdiyi mürəkkəb və şərəfli yolun bir daha nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində keçirilən qurultay həm partiyanın qarşısında dayanan yeni vəzifələri müəyyənləşdirmək, həm də bu siyasi təşkilatın hansı tarixi şəraitdə meydana gəldiyini və ötən müddətdə hansı siyasi missiyanı yerinə yetirdiyini dəyərləndirmək üçün mühüm platforma oldu.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Geri dön