Ana Sayfa > Gündəm > YAP Mingəçevir şəhər təşkilatında müşavirə keçirilib

YAP Mingəçevir şəhər təşkilatında müşavirə keçirilib


Bu gün, 15:03. Yazar: azer
YAP Mingəçevir şəhər təşkilatında müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra tədbir iştirakçıları Mingəçevir Bələdiyyəsinin akt zalında keçirilən müşavirəyə qatılıblar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müşavirədə 100 nəfər iştirak edib. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, ərazi partiya təşkilat sədr və müavinləri və eləcə də partiya üzvləri iştirak ediblər.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər geniş müzakirə olunub, nitqdən irəli gələn məsələlər və partiya təşkilatlarının qarşısında dayanan mühüm vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bəxtiyar Mustafayev vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın əldə etdiyi nailiyyətlərin, qarşıda duran hədəflərin və yeni dövrün çağırışlarının aydın şəkildə ifadə olunduğu mühüm siyasi proqram xarakteri daşıyır. Bu istiqamətlərdən irəli gələn vəzifələrin yerli təşkilatlar tərəfindən düzgün müəyyənləşdirilməsi və ardıcıl həyata keçirilməsi qarşıda duran əsas məsələlərdəndir.

Təşkilat sədri qeyd edib ki, YAP Mingəçevir şəhər təşkilatı bundan sonra da partiya üzvlərinin fəallığının artırılması, gənclərlə işin daha da gücləndirilməsi, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi və partiyanın fəaliyyət istiqamətlərinin cəmiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcək.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında rolundan və VIII Qurultayda qarşıya qoyulan vəzifələrdən danışıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında duran strateji məsələlərə və gələcək inkişaf istiqamətlərinə diqqəti yönəldib. Aydın Mirzəzadə partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirakının vacibliyini qeyd edib.

Partiya fəalları fikirlərini bölüşüblər
Müşavirədə çıxış edənlər Esmira Cəfərova, Aidə İsmayılova, Kamal Əhmədov, Şəmsinur Hüseynova, Mustafa Muradov, İranə Həsənova, Ramiz Süleymanov, Rizvan Mikayıllı və Ədalət Quliyeva Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışaraq qarşıda duran vəzifələrlə bağlı münasibətlərini bildiriblər.
Çıxışlarda YAP üzvlərinin ictimai-siyasi fəallığının artırılması, əhali ilə birbaşa ünsiyyətin daha da gücləndirilməsi, gənclərin və qadınların partiyanın ictimai həyatında fəal iştirakının təmin edilməsi, müasir dövrün tələblərinə uyğun fəaliyyətin qurulması ilə bağlı fikirlər səsləndirilib.

Müşavirədə vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının gücü onun üzvlərinin fəallığı, həmrəyliyi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində göstərdikləri ardıcıl fəaliyyətdən qaynaqlanır.
Tədbirdə həmçinin partiyanın yerli təşkilatlarının qarşısında duran vəzifələr, üzvlərlə işin daha da təkmilləşdirilməsi, ictimai təşəbbüslərin artırılması və YAP-ın fəaliyyətinin daha geniş şəkildə təbliği məsələləri müzakirə olunub.

Sonda qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi istiqamətlər YAP Mingəçevir şəhər təşkilatının qarşıdakı fəaliyyətinin əsas prioritetləri sırasında olacaq və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriləcək.
Müşavirə qarşılıqlı fikir mübadiləsi və konstruktiv müzakirələr şəraitində başa çatıb.
Sonda xatirə şəkili çəkildi.
Geri dön