Ana Sayfa > Gündəm / Karusel > "Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə hazırıq" -
"Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə hazırıq" -Bu gün, 13:38. Yazar: Subhan |
![]() Mövcud infrastruktur və təcrübəli mütəxəssis heyəti sayəsində Genetik Araşdırmalar Mərkəzinin potensialını məhkəmə-tibbi ekspertiza fəaliyyətinə və ədalət mühakiməsinin həyata keçirilməsi prosesinə geniş şəkildə inteqrasiya etmək əsas hədəflərimizdən biridir. Bu istiqamətdə Azərbaycan Respublikası Baş Prokurorluğunun və digər hüquq-mühafizə orqanlarının qərarlarına uyğun olaraq, çətin identifikasiya edilən nümunələr üzərində mürəkkəb genetik ekspertizalar artıq uğurla icra olunur. aia.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması " adlı panel sessiyada çıxış edərkən deyib. HTBİ-nin rəisinin sözlərinə görə, müasir tibb və biologiya elminin çağırışlarına uyğun olaraq, Genetik Araşdırmalar Mərkəzi aparıcı universitetlər və tanınmış elmi-tədqiqat institutları əməkdaşlıq əlaqələrinin gücləndirilməsini diqqət mərkəzində saxlayır:”Əsas strateji hədəfimiz elmi potensialın birləşdirilməsi, müasir çağırışlara çevik reaksiyanın verilməsi və gələcək perspektivlərin düzgün qiymətləndirilməsidir. Hazırda mərkəz tərəfdaş elmi müəssisələrlə birlikdə fundamental və tətbiqi sahələr üzrə genişmiqyaslı elmi tədqiqat layihələrini uğurla davam etdirir. Bu əməkdaşlıq çərçivəsində populyasiya genetikası, epigenetika, farmakogenetika, molekulyar genetika və sitogenetika istiqamətlərində mühüm araşdırmalar aparılır. HTBİ ilə tanınmış elm və təhsil müəssisələri arasında imzalanmış Anlaşma memorandumları çərçivəsində genetika və epigenetika sahələrində aparılan birgə elmi tədqiqatları buna uğurlu nümunə kimi göstərmək olar”. Rüfət Əliyev bildirib ki, itkin düşmüş şəxslərin identifikasiyasında subyektlərarası əməkdaşlığın imperativə çevrildiyi bir zamanda HTBİ əldə etdiyi təcrübəni tərəfdaşlarla bölüşməyə və genetik ekspertiza sahəsində peşəkar mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırdır. “Bununla yanaşı, fəaliyyətimizin daha təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə qabaqcıl nailiyyətlər əldə etmiş beynəlxalq elmi müəssisələrin təcrübəsini öyrənməyə və qarşılıqlı bilik mübadiləsinə hər zaman açıq olduğumuzu, bu sahədə sıx əməkdaşlığa xüsusi önəm verdiyimizi vurğulamaq istərdim. Əminliklə ifadə edirəm ki, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə tərəfdaşlıq çərçivəsində reallaşan və artıq ənənəyə çevirilmiş bu konfrans qlobal humanitar böhranların fəsadlarına qarşı mübarizədə və ən ağrılı problemlərdən biri olan itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində yeni bir mərhələnin əsasını qoyub", - deyə o diqqətə çatdırıb. aia.az Geri dön |