Ana Sayfa > Özəl > İstanbulda konsert məkanında silahlı insident: Polis əməkdaşı və hücumçu öldü
İstanbulda konsert məkanında silahlı insident: Polis əməkdaşı və hücumçu öldüBu gün, 12:15. Yazar: vasif |
![]() Türkiyənin İstanbul şəhərində gecə saatlarında baş verən silahlı hücum iki nəfərin ölümü, daha iki nəfərin yaralanması ilə nəticələnib. Hadisə yerli vaxtla saat 03:40 radələrində şəhərin Küçükçekmece rayonunda yerləşən konsert məkanında qeydə alınıb. İlkin məlumatlara görə, naməlum şəxs içəri daxil olaraq ətrafa atəş açmağa başlayıb. Bu zaman məkanda olan və xidmətdən kənar vaxtını keçirən polis əməkdaşı hücumçuya cavab atəşi açıb. Atışma nəticəsində həm polis əməkdaşı, həm də silahlı şəxs ağır yaralanıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı daha iki nəfərin xəsarət aldığı bildirilir. Silahlı hücumun hansı səbəbdən törədildiyi hələlik məlum deyil. Türkiyənin hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparır. Geri dön |