Ana Sayfa > Karusel / Ölkə > TƏBİB-in sistemi çökdü -

TƏBİB-in sistemi çökdü -


Bu gün, 12:09. Yazar: Subhan
TƏBİB-in sistemi çökdü -

Elektron sistemdəki problemlərlə əlaqədar yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.

aia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb.

Bildirilib ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb: "Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".
Geri dön