Ana Sayfa > Özəl > Macarıstanda baş nazir telefon qalmaqalına görə dindirildi: Həbs təhlükəsi gündəmdə
Macarıstanda baş nazir telefon qalmaqalına görə dindirildi: Həbs təhlükəsi gündəmdəBu gün, 19:45. Yazar: vasif |
![]() Macarıstanın Baş naziri Peter Madyar 2024-cü ildə gecə klubunda baş vermiş mobil telefon insidenti ilə bağlı prokurorluqda dindirilib. O, barəsində irəli sürülən ittihamları qəbul etmədiyini açıqlayıb. Madyarın sosial şəbəkədə paylaşdığı məlumata görə, dindirilmə əvvəlcədən razılaşdırılmış vaxtda keçirilib. Baş nazir ifadə verdiyini, lakin hər hansı qanun pozuntusunda təqsirli olduğunu qəbul etmədiyini bildirib. İstintaqın məlumatına əsasən, hadisə 2024-cü il iyunun 21-də baş verib. İddiaya görə, Madyar gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu əlindən alaraq Dunay çayına atıb. Təxminən 275 avro dəyərində qiymətləndirilən cihazla bağlı hadisə oğurluq ittihamına səbəb olub. Sentyabrın 28-də Macarıstan parlamentinin prokurorluğun müraciəti əsasında Madyarın deputat toxunulmazlığını ləğv etdiyi bildirilir. Baş nazir isə istintaqla əməkdaşlığa hazır olduğunu və hadisənin siyasi məqsədlərlə gündəmə gətirildiyini iddia edir. Macarıstan qanunvericiliyinə əsasən, ittiham məhkəmədə sübuta yetirilərsə, Madyarı cərimə, ictimai işlər və ya iki ilədək həbs cəzası gözləyə bilər. Hələlik onun təqsirli olduğuna dair məhkəmə hökmü yoxdur. Geri dön |