Ana Sayfa > Dünya > Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaq istəyirlər – Ankaradan RƏSMİ açıqlama

Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaq istəyirlər – Ankaradan RƏSMİ açıqlama


Bu gün, 22:21. Yazar: vasif
Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya qoymaq istəyirlər – Ankaradan RƏSMİ açıqlama


Türkiyədə Ankara ilə Bakı arasında süni gərginlik yaratmağa çalışan ölkələrin və ayrı-ayrı siyasi dairələrin olduğu bildirilib.

aia.az xəbər verir ki, bunu Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömər Çelik açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər əvvəlki kimi “iki dövlət – bir millət” prinsipi üzərində qurulub. Ayrı-ayrı daxili və xarici siyasət məsələlərində fərqli yanaşmalar ola bilər və bunlar iki qardaş ölkə arasında açıq şəkildə müzakirə edilir. Lakin belə fikir ayrılıqlarının Ankara ilə Bakı arasında siyasi ziddiyyətə və gərginliyə çevrilməsinə yol verilməyəcək.

Çelik Türkiyədə bəzi qrupların və sosial şəbəkə istifadəçilərinin Azərbaycanı hədəfə almasına da münasibət bildirib. O vurğulayıb ki, bu cür hərəkətlərin nə AK Partiyası, nə də Türkiyə hökuməti ilə hər hansı əlaqəsi var.

“Bəzi ölkələr Ankara ilə Bakının arasına girməyə çalışırlar. Biz buna qətiyyən imkan verməyəcəyik”, – Çelik bildirib.

AK Partiya sözçüsünün sözlərinə görə, iki ölkə arasında təmaslar prezidentlər, dövlət qurumları və partiyalar səviyyəsində davam etdirilir. Tərəflər mümkün anlaşılmazlıqların qarşısının alınması üçün də məsləhətləşmələr aparırlar.

“Bizim münasibətlərimizi ifadə edən yeganə söz qardaşlıqdır. Qardaşlığımız əbədidir. Bundan sonra da eyni qardaşlıq və eyni həmrəyliklə yolumuza davam edəcəyik”, – Ömər Çelik vurğulayıb.
Geri dön