Ana Sayfa > Dünya > ABŞ-də seçkilərə 27 gün qalıb - Trampın taleyi həll olunacaq
ABŞ-də seçkilərə 27 gün qalıb - Trampın taleyi həll olunacaqDünən, 23:43. Yazar: vasif |
![]() 27 gündən sonra Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında 435, Senatında 35 yerə seçki keçririləcək. aia.az xarici mediaya istinadla xəbər verir ki, müxalifətdəki Demokratlar partiyası Konqresin ən azı bir palatasında səs çoxluğu qazanarsa, Trampın bir çox təşəbbüsünü həyata keçirməsi çətin olacaq. Buna görə də həm siyasətçilər, həm də seçicilər bu seçkiləri Trampın prezidentliyinin vacib bir sınağı kimi görürlər. Seçki kampaniyası fəal şəkildə davam edir, lakin amerikalıları maraqlandırmır. Televiziyada, internetdə və sosial şəbəkələrdə siyasi reklamlar xeyli artıb. Əhali isə bundan bezdiyini deyir. Çünki Amerikada həyat bu gün inanılmaz dərəcədə bahalaşıb və insanlar siyasətçilərin boş vədlərindən beziblər. Məsələn, “Röyters” agentliyinin müsahibəsində seçicilərin əksəriyyəti siyasi reklamların aqressiv tonundan, artan yaşayış xərclərinin və siyasi debatların bezdiklərini bildiriblər. Hazırda seçicilərin əsas diqqəti iqtisadiyyata, artan qiymətlərə, immiqrasiyaya və səhiyyəyə yönəlib. Sorğular göstərir ki, bu gün bir çox amerikalı nə respublikaçıların, nə də demokratların ölkənin problemlərini tam həll edə biləcəyinə inanmır. Yəni, Amerika xalqı həm bugünkü siyasətdən, həm də siyasətçilərdən bezib. Donald Tramp seçki kampaniyasının mərkəzində qalır. Onun adı bülletenlərdə olmasa da, bir çox seçici səs verməyi Trampın siyasətini dəstəkləmək və ya ona qarşı çıxmaq kimi qəbul edir. Son aylarda Tramp administrasiyası səsvermə qaydalarını dəyişdirmək üçün təşəbbüslər irəli sürüb. Xüsusilə, poçtla səsvermə və seçici qeydiyyatı üçün yeni tələblər təklif edilib. Bu təşəbbüslərin tərəfdarları onları seçki təhlükəsizliyini artıran kimi görsələr də, tənqidçilər bəzi vətəndaşların səs verməsini çətinləşdirə biləcəklərini söyləyirlər. Tramp həmçinin seçki nəticələrinin sayılması prosesinə münasibət bildirib. O, bəzi ştatlarda səslərin sayılmasının bir neçə gün çəkməsini tənqid edib və nəticələrin mümkün qədər tez elan edilməsində israr edib. Eyni zamanda, seçki rəsmiləri milyonlarla bülleteni yoxlamaq və qanuni olaraq saymaq üçün vaxt lazım olduğunu qeyd ediblər. Amerika mediası da bu gün seçkilərə tam diqqət yetirir. Televiziya kanalları, qəzetlər və onlayn nəşrlər hər gün yeni sorğular, təhlillər və debatlar dərc edir. Lakin son illərdə siyasi qütbləşmənin artması səbəbindən bir çox amerikalı nə siyasətçilərə, nə seçki kampaniyalarına, nə də hətta bəzi xəbər mənbələrinə tam etibar etmir. Beləliklə, 3 noyabrda keçiriləcək ara seçkilər yalnız Konqresin tərkibini müəyyən etməyəcək, həm də Amerika cəmiyyətinin hazırkı əhval-ruhiyyəsini, Donald Trampın siyasətinə münasibətini və ölkənin hansı istiqamətdə irəlilədiyini göstərəcək mühüm siyasi test olacaq. Geri dön |