Ana Sayfa > Ölkə > Qalmaqallı bağça direktoru işdən çıxarıldı
Qalmaqallı bağça direktoru işdən çıxarıldıBu gün, 16:00. Yazar: Subhan |
![]() Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. aia.az xəbər verir ki, bu barədə Anews.az məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. Qeyd edək ki, 98 saylı bağça ilə bağlı son illərdə bir sıra şikayət və araşdırmalar barədə xəbərlər yayılıb. 2023-cü ilin yanvarında prokurorluq bağçada 2018–2022-ci illəri əhatə edən yoxlamadan sonra dövlət əmlakının mənimsənilməsi, valideynlərdən pul yığılması və işləməyən şəxslər üçün saxta əməkhaqqı sənədlərinin hazırlanması şübhələri üzrə cinayət işi başladığını açıqlamışdı. Bu məlumatlar araşdırılan şübhələrə aid olub, özlüyündə direktorun təqsirini təsdiqləmir. 2025-ci ildə valideynlər uşaqlara yeməyin az verilməsi ilə bağlı şikayət etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırdığını bildirmişdi. Bu ilin sentyabrında isə bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanması barədə sosial şəbəkələrdə iddia yayılmışdı. Təhsil idarəsi araşdırma başladığını və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu açıqlamışdı. Həmin ay yayılan başqa bir xəbərdə valideyn bağçadakı özəl qrupa qəbul üçün ayda 100 manat tələb olunduğunu iddia etmiş, direktorun adını çəkmişdi. Bu iddialarla bağlı yekun araşdırma nəticəsi barədə məlumat yoxdur. aia.az Geri dön |