Ana Sayfa > Gündəm > Şəhidin anım günü - FOTOLAR

Şəhidin anım günü - FOTOLAR


17-04-2017, 10:47. Yazar: admin



Bu gün Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin təşkilatçılığı ilə Şanlı Aprel hadisələrinin şəhid polkovnik-leytenantı Axundov Sənan Tahir oğlunun Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbərdəki məzarı önündə anım günü keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, rayon içtimayyətinin nümayəndələri, şair və yazıçılar, habelə, hərbiçilər iştrak etdilər.

Mərasimi AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu açaraq şəhid polkovnik-leytenant Sənan Axundovun şanlı ömür yolundan ətraflı söz açdı. Sonra Əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar Sənan Axundovla bağlı xatirələrini söylədi, Azərbaycan Prezdentinin, o cümlədən dövlətimizin Aprel hadisələrinə verdiyi dəyərdən danışdı. Mərasimdə şəhidin iş yoldaşları - ehtiyatda olan polkovnik Rəşid Müslümov, polkovnik-leytenant Vüqar Abduləzimov və yaxın qohumu Nuridə Axundova öz xatirələrini dilə gətirdilər. Sonda şəhidin atası Tahir Axundov şəhid adını uca tutan Azərbaycan dövlətinə və tədbir iştrakçılarına minnətdarlığını bildirdi.

Əlidursun İsayev









aia.AZ
Geri dön