Ana Sayfa > Özəl > Gürcüstanda 700 min dollarlıq uran əməliyyatı: Şübhəli saxlanıldı

Gürcüstanda 700 min dollarlıq uran əməliyyatı: Şübhəli saxlanıldı


Bu gün, 13:08. Yazar: vasif
Gürcüstanda 700 min dollarlıq uran əməliyyatı: Şübhəli saxlanıldı


Gürcüstanda uranın qanunsuz satışı ilə bağlı əməliyyat keçirilib. Ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, radioaktiv materialı xarici ölkə vətəndaşına satmağa cəhd göstərməkdə şübhəli bilinən yerli sakin saxlanılıb.

İstintaqın məlumatına əsasən, tərəflər arasında nəzərdə tutulan qanunsuz sövdələşmənin ümumi dəyəri 700 min dollar olub.

Hadisə ilə bağlı cinayət işi üzrə araşdırma davam etdirilir. Saxlanılan şəxsin təqsiri məhkəmədə sübuta yetiriləcəyi halda onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Uranın miqdarı, növü və xarici vətəndaşın kimliyi barədə isə hələlik əlavə məlumat açıqlanmayıb.
Geri dön