Ana Sayfa > Karusel / Siyasət > "Bu ailələr hələ də cavab gözləyirlər" -

"Bu ailələr hələ də cavab gözləyirlər" -


Bu gün, 11:01. Yazar: Subhan
"Bu ailələr hələ də cavab gözləyirlər" -

Azərbaycan regionda dayanıqlı sülhə və əməkdaşlığa xüsusi əhəmiyyət verir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bu istiqamətdə mühüm addım olub. Saziş layihəsinin 9-cu maddəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulması humanitar məsələlərin sülh prosesindəki yerini göstərir. Məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, qalıqların axtarılıb qaytarılması və istintaq tədbirləri üzrə əməkdaşlıq qarşılıqlı etimadı möhkəmləndirə bilər.

aia.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çıxışı zamanı deyib.

General-polkovnik Əli Nağıyevin sözlərinə görə, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb: “Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını, o cümlədən 104 nəfər barədə ətraflı məlumatı qarşı tərəfə təqdim etmişik.

Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər".

aia.az
Geri dön