Ana Sayfa > Manşet / Ölkə > Elmar Məmmədyarovun bağı ətrafında qalmaqal
Elmar Məmmədyarovun bağı ətrafında qalmaqalBu gün, 16:01. Yazar: Subhan |
![]() Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. aia.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir. Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib. Elmar Məmmədyarovun adına 2016-cı ildə 0.24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilib. Anar Həsənovun tələb etdiyi sahə də bura daxildir. Anar Həsənov bir neçə ildir ki, bağ sahəsinin onların ailəsinə aid olması barədə sənəd almağa çalışır. O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək, əmlakın məxsusluğuna dair arayış istəsə də, imtina cavabı alıb. Daha sonra məhkəməyə müraciət edib. Lakin məhkəmə də bu quruma qarşı iddiasını təmin etməyib. Məlumatına görə, mübahisənin Elmar Məmmədyarova aidiyyəti olduğuna görə o da üçüncü tərəf kimi məhkəmə işinə cəlb olunub. aia.az Geri dön |