Ana Sayfa > İdman > Olisedən tarixi göstərici

Olisedən tarixi göstərici


Bu gün, 15:51. Yazar: Subhan
Olisedən tarixi göstərici

Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib.

aia.az xəbər verir ki, bu görüşdə Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Maykl Olise iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun Fransa millisində keçirdiyi oyunların sayı 29-a çatıb. Onun aktivində 10 qol və 10 məhsuldar ötürmə var.

Olise 1958-ci ildən bəri Fransa millisində 10 qol və 10 məhsuldar ötürmə göstəricisinə ən az oyunda çatan futbolçu olub.

Qeyd edək ki, bundan 68 il əvvəl Raymon Kopa bu göstəriciyə 28 oyunda nail olmuşdu.


aia.az
Geri dön