Ana Sayfa > Təhsil > “Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” -

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” -


Bu gün, 14:12. Yazar: Subhan
“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” -

“Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi”.

aia.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində keçmiş təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov bildirib.

O, artıq bu problemin öz həllini tapdığını deyib: “Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir. Beynəlxalq təcrübə öyrənilir, ölkəmizə gətirilir və tətbiq olunur. Dərsliklərin və dərs vəsaitlərinin çapına çox ciddi fikir verilir. Kurikulum islahatı ölkəmizdə davam edir. Məktəblərimiz müasir avadanlıqlarla təchiz olunur”.

aia.az
Geri dön