Ana Sayfa > Özəl > Azərbaycanda dərmanların təhlükəsizliyinə necə nəzarət edilir?
Azərbaycanda dərmanların təhlükəsizliyinə necə nəzarət edilir?Bu gün, 21:00. Yazar: vasif |
![]() Azərbaycanda dərman vasitələrinin təhlükəsizliyinə nəzarət xüsusi farmakonəzarət sistemi vasitəsilə həyata keçirilir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin eksperti Fəridə Aslanlı bildirib ki, bu sahədə fəaliyyətin təşkili və məlumatların qiymətləndirilməsi Mərkəz tərəfindən aparılır. Onun sözlərinə görə, sistem yalnız Analitik Ekspertiza Mərkəzini əhatə etmir. Ölkədə fəaliyyət göstərən müalicə-profilaktika müəssisələri və dərman vasitələrinin qeydiyyat vəsiqəsi sahibləri də prosesdə iştirak edirlər. Müəssisələrdə farmakonəzarət üzrə məsul şəxslər müəyyənləşdirilir. Dərmanların istifadəsi zamanı ortaya çıxan əlavə təsirlər və təhlükəsizliklə bağlı digər məlumatlar toplanaraq qiymətləndirilir və Analitik Ekspertiza Mərkəzinə təqdim olunur. Məqsəd mümkün riskləri vaxtında müəyyənləşdirmək və dərmanların daha təhlükəsiz istifadəsini təmin etməkdir. Fəridə Aslanlı qeyd edib ki, Azərbaycan 2018-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramının tamhüquqlu üzvüdür. Azərbaycanda qeydiyyatdan keçmiş dərmanların əlavə təsirləri barədə məlumatlar ÜST-nin qlobal farmakonəzarət bazasına da ötürülür. Bu sistem həm ölkə daxilində dərman təhlükəsizliyinin izlənilməsinə, həm də mümkün risklər barədə beynəlxalq məlumat mübadiləsinə imkan yaradır. Geri dön |