Ana Sayfa > Özəl > Trampdan Los-Anceles və San-Dieqo ilə bağlı şok açıqlama: “Bu, kiçik qiymətdir”

Trampdan Los-Anceles və San-Dieqo ilə bağlı şok açıqlama: “Bu, kiçik qiymətdir”


Bu gün, 18:43. Yazar: vasif
Trampdan Los-Anceles və San-Dieqo ilə bağlı şok açıqlama: “Bu, kiçik qiymətdir”




ABŞ Prezidenti Donald Tramp İranla müharibə barədə danışarkən Los-Anceles və San-Dieqo şəhərləri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, Nebraskada tərəfdarları qarşısındakı çıxışında müharibənin mümkün nəticələrindən danışıb.

Tramp İran üzərində qələbənin vacibliyini vurğulayaraq, bunun ABŞ və dünyanın təhlükəsizliyi baxımından zəruri olduğunu bildirib. Prezident çıxışında Los-Anceles və San-Dieqonun məhv edilməsi ehtimalını misal çəkərək bunun müharibənin ümumi nəticələri fonunda “kiçik qiymət” olduğunu deyib.

ABŞ lideri bununla belə, həmin şəhərlərə konkret olaraq kimin və hansı imkanlarla hücum edə biləcəyini açıqlamayıb. Həmçinin bu ssenarinin hansı hərbi və ya kəşfiyyat qiymətləndirməsinə əsaslandığı barədə məlumat verməyib.

Tramp İranla qarşıdurmanın uzun müddət davam etməyəcəyinə inandığını da bildirib. Onun sözlərinə görə, müharibə artıq sona yaxınlaşır.

Prezidentin Los-Anceles və San-Dieqo barədə sözləri konkret hücum xəbərdarlığı kimi deyil, onun müharibənin mümkün itkiləri barədə çıxışında səsləndirdiyi qiymətləndirmə kimi təqdim olunur.
Geri dön